"Mançester Yunayted" ciddi itki ilə üzləşib

“Mançester Yunayted”ın hücumçusu Romelu Lukaku üçün mövsümü bitmiş hesab eləmək olar.

Sportline.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 36-cı turunda “Çelsi” ilə oyunda zədələnən belçikalı futbolçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Həkimlər onun dizindəki zədənin kifayət qədər ciddi olduğunu bildiriblər.

Qeyd edək ki, Lukaku bu mövsüm keçirdiyi 45 oyunda rəqib qapılarına 15 qol vurub.