"Mançester Yunayted" de Xea ilə danışıqlara başlayıb

"Mançester Yunayted" qapıçısı David de Xea ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.

Sportline.az xəbər verir ki, İngiltərə mətbuatında yayılan xəbərlərə görə, komanda rəhbərliyi ispaniyalı qapıçının həftəlik maaşını 350 min funt-sterlinq etmək istəyir. Yaxın günlərdə bu məslənin rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, 28 yaşlı qapıçı 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.