"Mançester Yunayted" gümüş medalları təmin etdi
İngiltərə Premyer Liqasında 31-ci turdan təxirə salınan bir görüş keçirilib. SportLine.az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Vest Hem"lə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticə ilə xalını 78-ə çatdıran "qırmızı şeytanlar" 3-cü pillədəki "Tottenhem" üçün əlçatmaz olublar.
Beləliklə, "Mançester Yunayted" cari mövsüm gümüş medalları təmin edib.
Standings provided by Sofascore LiveScore