"Mançester Yunayted" İbrahimoviçi göndərir
"Mançester Yunayted" Zlatan İbrahimoviçlə yolları ayırmağa hazırlaşır.
SportLine.az "BBC Sport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" cari mövsümün sonunda isveçli hücumçu ilə yanaşı, Maruan Fellaini və Maykl Kərriklə də vidalaşa bilərlər.
Mançester təmsilçisi, əvəzində, Eşli Yanq, Deyli Blind və Sem Constonla yeni müqavilə imzalanmasını planlaşdırıb.