"Mançester Yunayted" rəhbərliyi Solskyaerlə şərt kəsdi

"Mançester Yunayted" rəhbərliyi Ole Qunnar Solskyaerlə uzunmüddətli müqavilə imzalaya bilər. SportLine.az xəbər verir ki, Joze Mourinyonun istefaya göndərilməsindən sonra komandaya rəhbərlik etməyə başlayan mütəxəssis son oyunlarda uğurlu nəticələrlə yadda qalıb.

"Sun" nəşrinin məlumatına görə, klub rəhbərliyi Solskyaerin uğurlarına sevinsə də, bu, onları qane etmir. Rəhbərlik məşqçidən Çempionlar Liqasının 1/8 finalında PSJ səddini aşmağı istəyir. "Qırmızı şeytanlar" qitənin ən nüfuzlu klub turnirində 1/4 finala yüksələ bilsələr, klub Solskyaerlə uzunmüddətli müqavilə imzalayacaq. 

Qeyd edək ki, "Mançester Yunayted" və PSJ komandaları arasında ilk görüş fevralın 13-də İngiltərədə keçiriləcək.