"Mançester Yunayted" "Roma"nın futbolçusuna "elçi düşdü"

"Mançester Yunayted" qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, "qırmızı şeytanlar" "Roma"nın müdafiəçisi Kostas Manolasa "elçi düşüb". 

"Marka"nın məlumatına görə, 27 yaşlı futbolçunun transferinə görə Premyer Liqa klubu "Roma" ilə danışıqlara hazırlaşıq. Tərəflər arasında razılıq əldə olunsa, yunan futbolçu karyerasını İngiltərədə davam etdirəcək.

Qeyd edək ki, K.Manolas 2014-cü ildən "Roma"nın şərəfini qoruyur.