"Mançester Yunayted" Sulşerlə bağlı rəsmi qərarını açıqladı

“Mançester Yunayted” klubu baş məşqçi məsələsinə tam aydınlıq gətirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mançesterlilər Sulşerlə yollarına dav etmək qərarına gəliblər. 

"Qırmızı şeytanlar" 46 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlayıblar.

Qeyd edək ki, Sulşer, ötən ilin dekabrında Joze Mourinyonun istefaya göndərilməsindən sonra, baş məşqçi səlahiyyətlərini icra edirdi.