"Mançester Yunayted" "Tottenhem"in müdafiəçisinə "göz dikdi"

"Mançester Yunayted" qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, "Tottenhem"in müdafiəçisi Tobi Alderveyreld "qırmızı şeytanlar"ın hədəfindədir.

Cari mövsüm uğurlu çıxışla diqqətləri üzərinə çəkən Belçika millisinin üzvü üçün London təmsilçisinə yanvar ayında rəsmi təklif ünvanlanacağı gözlənilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2015-ci ildən "Tottenhem"in uğurları üçün çalışır.