"Mançester Yunayted"də yeni müqavilə

"Mançester Yunayted" futbolçusu Xuan Mata ilə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, ispan yarımmüdafiəçi ilə 2+1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, X. Mata 2014-cü ildən Mançester təmsilçisinin şərəfini qoruyur. O, indiyə kimi burada oynadığı 218 matçda 45 qol vurub, 37 qolun ötürməsini verib.