"Mançester Yunayted"dən PSJ-yə

“Mançester Yunayted”in qapıçısı David De Xea klubla müqavilə müddətini yeniləməkdən imtina edib.

Sportline.az xəbər verir ki, İngiltərə mətbuatının məlumatına görə ispaniyalı qapıçı klub rəhbərliyindən həftəyə 350 min funt-sterlinq məvacib tələb edir. "Pari Sen-Jermen" klubu isə Davidə bu məvacibi ödəməyə hazırdı.

Qeyd edək ki, De Xeanın Mançester klubu ilə müqavilə müddəti 2020-ci ildə başa çatır.