"Mançester Yunayted"dən yeni transfer

İngiltərənin "Mançester Yunayted" klubu "Kristal Pelas"ın futbolçusu Aaron Van-Bissakı heyətinə qatıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı oyunçu üçün "Mançester Yunayted"in 50 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, Aaron Van-Bissak "Kristal Pelas"ın yetirməsidir. O, 2018-ci ilin fevralın İngiltərə Premyer Liqasında debüt edib. Müdafiəçi 2018/2019 mövsümündə 35 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.