"Mançester Yunayted"in futbolçusuna 3 müştəri

Avropanın bir neçə klubu "Mançester Yunayted"in şərəfini qoruyan Maruan Fellainiyə elçi düşüb. SportLine.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, "Liverpul", PSJ və "Monako" belçikalı yarımmüdafiəçini heyətində görmək istəyir.

Futbolçunun "mersisaydlılar"ın heyətinə qoşulacağı daha inandırıcı görünür. Onun Premyer Liqadan kənarda çıxış etmək istəmədiyi bildirilir.

Qeyd edək ki, 30 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi bu mövsümün sonunda bitir.