"Mançester Yunayted"in növbəti sınağı

Premyer Liqada ilk dördlüyə düşməyə çalışan Mançester Yunayted 35-ci turdaEvertonun qonağı olacaq.

Sportline.az xəbər verir ki, UEFA Çempionlar Liqasında mübarizəni dayandıran “Mançester Yunayted”in Premyer Liqadakı əsas hədəfi növbəti mövsüm üçün Avropanın ən nüfuzlu turnirinə vəsiqə qazanmaqdır.

33 turdan sonra 64 xalı olan “qırmızı şeytanlar” 6-cı pillədə qərarlaşıblar. Komanda 35-ci turda “Everton”la oyuna hazırlığı yekunlaşdırıb. Mançester klubunun baş məşqçisi Ole Qunnar Sulşer ruhdan düşmədiklərini bildirib.

“Çempionlar Liqasından kənarda qalsaq da, ruhdan düşməmişik. Futbolçular yaxşı məşq edirlər. “Everton”la matça hazırıq. Səfərdə oynasaq da qələbə qazanmağı hədəfləyirik. Mövsümü mümkün qədər yüksək pillədə tamamlaq istəyirik. Bunun üçün bütün görüşlərdə qalib gəlməliyik”.

Qeyd edək ki, “Qudison Park” arenasında keçiriləcək “Everton” – “Mançester Yunayted” matçı Bakı vaxtı ilə saat 16:30-da başlanacaq.