"Mançester Yunayted"in yeni baş məşqçisi məlumdur
“Mançester Yunayted” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
Sportline.az xəbər verir ki, Joze Mourinyonu klubun sabiq futbolçusu Ole-Qunner Şulser əvəzləyib. 45 yaşlı norveçli mövsümün sonuna qədər “qırmızı-şeytanlar”ı çalışdıracaq.
Şulser futbolçu kimi “Mançseter Yunayted”də forma geyinib. 11 il Mançester təmsilçisinin formasını geyinən futbolçu 366 oyunda iştirak edib, 126 qol vurub.
Qeyd edək ki, Şulser məşqçi kimi İngiltərədə “Mançester Yunayted”in əvəzedici heyəti və “Kardiff”, Norveçdə isə “Molde” klubunda çalışıb. Norveç klubu onun rəhbərliyi altında 2 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.