Mandzukiç "Mançester Yunayted"ə keçməyə yaxındır

"Yuventus"un futbolçusu Mario Mandjukiç "Mançester Yunayted"ə keçməyə yaxındır.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub. Razılığa əsasən, xorvat hücumçu qış transfer pəncərəsi dövründə İngiltərə klubuna keçəcək.

Qeyd edək ki, M. Mandjukiç bu mövsüm heç bir matçda oynamayıb.