Manuel Noyer yaşıl meydana qayıdır
"Bavariya"nın qolkiperi Manuel Noyerin adı Almaniya kubokunun final matçı üçün iştirak ərizəsinə salınıb.
Sportline.az xəbər verir ki, təcrübəli qapıçı "Ayntraxt"la sabahkı qarşılaşmada çox güman ki ehtiyat oyunçular skamyasında olacaq.
Qeyd edək ki, zədə üzündən mövsümün böyük hissəsində meydana çıxmayan 32 yaşlı futbolçu, Almaniya millisinin dünya çempionatı üçün ilkin heyətində də yer alır.