Maradona Belarus klubu ilə müqavilə imzaladı

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Diyeo Armando Maradonın yeni iş yeri müəyyənləşib. SportLine.az xəbər verir ki, mütəxəssis karyerasını Belarusda davam etdirəcək. O, Brest "Dinamo"su ilə razılığa gəlib.

3 illik müqaviləyə qol çəkən Maradona "Dinamo"nun strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. Maradona vəzifəsinin icrasına Rusiyadakı dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq.  

Qeyd edək ki, "Dinamo" Belarus çempionatında 7 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb.