Maradona komandasının avtobusunu özü idarə edib

Qeyri-adi davranışları ilə seçilən Dieqo Armando Maradona yenidən gündəmə gəlib.

Sportline.az xəbər verir ki, Meksika çempionatında mübarizə aparan "Dorados" komandasına baş məşqçilik edən Maradona klubun avtobusunu idarə edib. O, maşını hava limanından otelədək sürüb.

"Tampiko Madero" ilə matçda iştirak etmək üçün səfərə çıxan "Dorades" 3:2 hesablı qələbəyə sevinib. Maradonanın komandası 12 turdan sonra 18 xalla 4-cü pillədədir.