Maradona Meksika klubundan ayrıldı
Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Meksikanın "Dorados" klubundan ayrılıb.
Sportline.az xəbər verir ki, 2018-ci ildən bu komandanı çalışdıran argentinalı səhhətindəki problemə görə belə qərara gəlib.
Həkimlər, çiynindən və dizindən əməliyyat olunacaq 58 yaşlı mütəxəssisə, sağlamlığına diqqət yetirməyi məsləhət görüblər.
Meksika klubu, rəsmi saytı vasitəsilə Dieqoya təşəkkürünü bildirib.
Qeyd edək ki, "Dorados" Meksika çempionatının ikinci liqasında mübarizə aparır.