Maradonanın vəziyyəti yaxşılaşıb

DÇ-2018-in qrup mərhələsinin Nigeriya - Argentina matçından (1:2) sonra halı pisləşən Dieqo Maradonanın vəziyyəti yaxşılaşıb. 

Sportline.az xəbər verir ki, görüş bitdikdən sonra təzyiqi düşən futbol əfsanəsi tribunanı köməkliklə tərk etmişdi.

Həkimlərin yardımından sonra təziqi sabitləşən Maradona, artıq, Serbiya - Braziliya matçını izləmək üçün Moskvadadır.