Maradonanın yeni klubu məlum oldu

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın yeni iş yeri məlum olub.

Sportline.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Argentinanın “Gimnasiya” klubunu çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Maradona ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Gimnasiya” hazırda Argentina Superliqasında sonuncu – 24-cü sırada qərarlaşıb.

Qeyd edək ki, argentinalı mütəxəssisin son iş yeri Meksikanın 2-ci liqasında çıxış edən “Dorados” klubu olub.