Markizio "Monako"ya keçdi

Rusiya "Zenit"indən ayrılan Klaudio Markizionun yeni klubu bəlli olub.

Sportline.az "Sport Mediaset" nəşrinə istinadən xəbər verir ki, italiyalı futbolçu karyerasını Fransanın "Monako" klubunda davam etdirəcək. 33 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Markizio "Yuventus"un yetirməsidir və 2005-ci ildə Turin klubunun əsas komandasına qalxmışdı. İtaliya millisinin sabiq üzvü 2018-ci ildə "Zenit"ə keçmişdi.