Marko Deviç "Sabah"dan ayrıldı

Marko Deviç "Sabah" klubu ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, 35 yaşlı hücumçu, "instagram" hesabında bununla bağlı paylaşıb: "Hər şeyə görə təşəkkürlər, "Sabah"! Təşəkkürlər Bakı! Təşəkkürlər Azərbaycan!"

Qeyd edək ki, Marko Deviç "Sabah"ın heyətində 19 oyuna 8 qol vurub.