Marko Deviç "Sabah"la vidalaşdı

"Sabah"ın futbolçusu Marko Deviç komandadan ayrılıb.

Sportline.az xəbər verir ki, 35 yaşlı hücumçu bu barədə şəxsi "İnstagram" hesabında paylaşım edib. O, paytaxt təmsilçisi ilə vidalaşıb: "Hər şeyə görə təşəkkürlər, "Sabah"! Təşəkkürlər Bakı! Təşəkkürlər Azərbaycan!"

Qeyd edək ki, Ukrayna millisinin sabiq üzvü ötən mövsüm Azərbaycan Premyer Liqasında  21 oyunda 8 qol vurub. O, 2018-ci ilin yayından "Sabah"da çıxış edirdi.