Marko Deviç Serbiya klubunda

"Sabah"dan ayrılan Marko Deviçin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını  Serbiya Superliqasında çıxış edən "Vozdovaç"da davam edəcək. Bu barədə klubun saytı məlumat yayıb.

O, 2004-2005-ci illərdə də "Vozdovaç"da oynayıb.

Qeyd edək ki, M. Deviç  ailə vəziyyəti ilə bağlı bu yay “Sabah”dan ayrılıb. Deviç Bakı klubunun Premyer Liqada ilk qolunun müəllifidir. O, 2018/19 mövsümündə komandanın bombardiri olub (21 oyun, 8 qol).