"Marsel"dən "Lion"a

"Lion"un yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə "Marsel"in sabiq çalışdırıcısı Rudi Qarsiya təyin edilib.  O, istefaya göndərilən Silvonyonu əvəzləyib.

Fransa mətbuatı 55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, "Lion" Fransa Liqasında 9 turdan sonra 9 xalla 14-cü pillədə qərarlaşıb.