"Marsel"in Avrokuboklar uğrunda mübarizəsi davam edir

Fransa çempionatının 33-cü turunda Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Marsel” autsayder “Genqam”ın qonağı olub.

Sportline.az xəbər verir ki, oyuna daha fəal başlayan “Marsel” erkən qolla “Genqam” azarkeşlərini məyus edib. 4-cü dəqiqədə Luiz Qustavo topu rəqib qapısından keçirib. Fasiləyədək fərq daha da artıb. 40-cı dəqiqədə Lukas Okampos fərqlənib. 2:0.

İkinci hissədə hücumlarını artıran meydan sahiblərinin gücü yalnız bir qola çatıb. Yeni Nqbakoto fərqi 1-ə endirib. “Genqam” qalan vaxt ərzində çox çalışsa da, 2-ci qolu vura bilməyib. Qonaqlardan Valer Jermen isə əsas vaxta əlavə edilən 1-ci dəqiqədə rəqib qapısına yol tapıb. 3:1 hesabıyla qalib gələn “Marsel”in hesabında 54 xal var. “Genqam” isə 24 xalla sonuncu pillədədir.