Matanın əvəzinə Villian

"Mançester Yunayted" mövsümün sonunda yarımmüdafiə xəttində dəyişiklik etməyi planlaşdırır.

SportLine.az "Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Xuan Matanı komandadan göndərməyə hazırlaşırlar. 29 yaşlı ispaniyalı futbolçunun əvəzinə isə "Çelsi"nin braziliyalısı Villian komandaya gətirilə bilər. "Mançester Yunayted" klubu "sambaçı" üçün 30 milyon funt-sterlinq ödəməyə hazırdır.