Mats Hummels "Bavariya"dan ayrıla bilər

“Bavariya”nın futbolçusu Mats Hummels komandadan ayrıla bilər.

Sportline.az xəbər verir ki, Almaniyanın Bild nəşrinin xəbərinə görə, baş məşqçi Niko Kovaç müdafiəçinin klubdan getməsinə icazə verib. Hətta 30 yaşlı futbolçu ilə Dortmund “Borussiya”sının maraqlandığı iddia olunub. Keçid baş tutarsa, “Borussiya” klubunun təxminən 30 milyon avro xərcləyəcəyi bildirilir.