Maurisio Sarri: "Bu qələbəyə layiq idik"

“Nətiəcədən çox məmnunam. Bu mükafat azarkeşlər üçün də önəmlidir, bizim üçün də. Bu qələbəyə layiq idik. Yanvar və fevralda problemlər yaşadıq, amma bundan yaxşı nəticə çıxardıq və Çempionlar Liqasına vəsiqə qazandıq. Avroliqa isə 15 oyun keçirdik və uduzmadan qalib olduq. Bu mənim üçün çox önəmlidir".
 
Sportline.az xəbər verir ki,  bu sözləri “Çelsi”nin baş məşqçisi Maurisio Sarri Avropa Liqasının Bakıda keçirilən finalında "Çelsi"yə qalib gəldikləri (4:1) oyundan sonra mətbuat konfransında deyib.


- İlk hissə ilə ikinci arasında çox fərq oldu. Fasilədə nə baş verdi?

- Oyun bizim üçün çətin başlamışdı. Futbolçulardan xahiş etdim ki, daha cəsarətli olsunlar. Biz risk etməli idik və bunu bacardıq. İkinci hissədə çətin rəqibə qarşı çox yaxşı oynadıq. “Arsenal” əks-hücumda çox təhlükəlidir. Düşünürəm ki, azarkeşlər üçün də yaxşı oyun göstərdik.

Hazardın gedəcəyini nə vaxt bildiniz?

- Hazard möhtəşəm oyunçudur. Amma 2-3 ay onunla vaxt keçirməlisiniz ki, insan kimi tanıyasınız. Bilirdim ki, Eden “Çelsi”dən getmək istəyir. Onun qərarına həmişə hörmətlə yanaşıram. Sabah klubun sahibi ilə danışacağıq. Müzakirə edib qərara gəlməliyik ki, görək mən klub üçün və ya klub mənim üçün nə edə bilər? Klubla müqaviləm var.

- Premyer Liqada qalmaq istəyirsinizmi?

- Siz gözəl bilirsiniz ki, Premyer Liqanın səviyyəsi çox yüksəkdir. Mən özümü xoşbəxt hiss edirəm ki, dünyanın ən yaxşı klublarından birində məşqçiyəm. Amma bilmək istəyirəm ki, görək klub mənim işimdən nə dərəcədə razıdır. Bu normal prosedurdur. Mən qalmaq istəyirəm, amma bu sadəcə mənim istəyimdir, bu isə hər şeyi həll etmir.