Mauritsio Sarri: "İquainin zamana ehtiyacı olsa da, bizim vaxtımız yoxdur"

Böyük ümidlərlə "Çelsi"yə keçən Qonsalo İquain azarkeşlərlə yanaşı baş məşqçinin də tənqidinə məruz qalıb.

Sportline.az xəbər verir ki, müqavilə ilə "Yuventus"a məxus olan futbolçu "zadəganlar"ın heyətində son 10 görüşdə 3 qol vurub. Oyunçunun çıxışından razı qalmayan baş məşqçi narazılığını bildirib.

"İquain mənə Premyer Liqanın çox çətin olduğunu demişdi. Çünki, burada müdafiəçilər fiziki baxımdan çox güclüdürlər. Hakimlər də İtaliyadakılardan fərqlənir. Ona görə də, o, fərqli futbol oynayır. Onun zamana ehtiyacı var. Amma bizim vaxtımız yoxdur. Qalan 2 ay ərzində öz üzərində çox çalışmalıdır".