Mbappe millidən kənarda qaldı

PSJ-nin futbolçusu Killian Mbappe Fransa millisinin heyətindən çıxarılıb.

Sportline.az Fransa Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, buna onun zədəsini tam sağalda bilməməyi səbəb olub.

Beləliklə, 20 yaşlı hücumçu Avro-2020-nin seçmə mərhələsində oktyabrın 11-də İslandiya, oktyabrın 14-də Türkiyə ilə matçları buraxacaq.