Mbappe üzr istədi

PSJ-nin hücumçusu Kilian Mbappe mayda mövsümün ən yaxşı oyunçusu üçün keçirilən mükafatlandırma mərasimində söylədiyi sözlərə görə üzr istəyib.

Sportline.az xəbər verir ki, həmin tədbirdə çıxışı zamanı futbolçu daha çox məsuliyyət hiss etməsi üçün PSJ-dən gedə biləcəyini demişdi.

“Mərasimdə iştirak edən futbolçulardan üzr istəyirəm. Mən həmin gecəni korladım. Gərək fanatlar da məni bağışlaya” – deyə o Fransa mətbuatına bildirib.