Məhəmməd Mirzəbəyovun vəziyyətinə aydınlıq gəldi
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ” klubu ilə oyunun ilk hissəsində zədələnərək əvəzlənən Məhəmməd Mirzəbəyovun vəziyyətinə aydınlıq gəlib. SportLine.az xəbər verir ki, tibbi baxışdan sonra məlum olub ki, müdafiəçinin qarın əzələlərində yırtıq var. 27 yaşlı futbolçu təxminən 1 ay müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, Məhəmməd Mirzəbəyov geridə qalan 9 turun 7-də 90 dəqiqə meydanda olub.
"Neftçi" PFK-nın məlumatı