Məhəmməd Salah mükafatlandırıldı

“Liverpul”un hücumçusu Məhəmməd Salah klublar arasında dünya çempionatının ən yaxşı oyunçusu olub.

Sportline.az xəbər verir ki, bu haqda FİFA-nın rəsmi Tvitter səhifəsi məlumat yayıb. Misirli oyunçuya yarışın “Qızıl top” mükafatı təqdim olunub.

Xatırladaq ki, Qətərdə keçirilən yarışın dünən keçirilən finalında “Liverpul” “Flamenqo”ya (Braziliya) 1:0 hesabı ilə qalib gələrək çempion olub.