Məhəmməd Salah yenə "ən yaxşı" seçildi

Afrikada 2018-ci ilin ən yaxşı oyunçusunun adı açıqlanıb. SportLine.az xəbər verir ki, bu ada Misir millisinin və "Liverpul" klubunun üzvü Məhəmməd Salah layiq görülüb.

O,  səsvermədə “Yuventus”un mərakeşli müdafiəçisi Mehdi Benatia,  “Napoli”nin seneqallı müdafiəçisi Kalidu Kulibalini, “Atletiko”nun qanalı yarımmüdafiəçisi Tomas Parti və “Liverpul”dakı seneqallı komanda yoldaşı Sadio Maneni  qabaqlayıb.

Qeyd edək ki, Salah ardıcıl 2-ci dəfədir bu mükafatı qazanır. O, ötən mövsüm 32 qolla Premyer Liqanın ən yaxşı bombardiri olub.