Məhkəmə üzvündən Messiyə: "Üzr istəməlidir"

Argentina idman arbitraj məhkəməsinin üzvü Qustavo Abreu ölkənin milli komandasının kapitanı Lionel Messi haqda danışıb.

Sportline.az xəbər verir ki, o bildirib ki, 32 yaşlı hücumçu Cənubi Amerika Futbol Konfederasiyasını korrupsiyada ittiham etdiyi üçün üzr istəməlidir. Əks təqdirdə, oyunçuya cəza tətbiq oluna bilər.

"Messiyə sanksiyadan qaçmaq üçün üzr istəməyi məsləhət görərdim. Üzr istəməlidir ki, ona heç nə edə bilməsinlər".

Qeyd edək ki, Messi qırmızı vərəqə aldığı Çili ilə Amerika kubokunun 3-cü yer uğrunda oyunundan sonra federasiyanı korrupsiyada ittiham edib. O, yarışın təşkilatçılarını Braziliyanının turniri qalibi olmaq üçün çalışdıqlarını söyləyib.   Onun bu açıqlaması səbəbindən 2 il millinin oyunlarından kənarlaşdırıla biləcəyi iddia olunur.