"Məqsədimiz 3 xal qazanmaq idi" - Fəhmin Muradbəyli

"Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı".

Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Fəhmin Muradbəyli səfərdə Norveçlə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının son seçmə oyunu barədə danışarkən deyib.

Gənc hücumçu penaltidən vurduğu qol barədə danışıb: "Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibi əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu, seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik”.

Qeyd edək ki, Azərbaycan yığması Fəhmin Muradbəylinin qolu ilə uzun müddət irəlidə olsa da, oyunun sonlarında qələbəni əldən verib.