"Mərhələni adlamağa çox yaxın idik" - Karlo Ançelotti

"1/8 final mərhələsinə yüksəlmək bizim üçün möhtəşəm nəticə olacaqdı. Amma alınmadı". SportLine.az xəbər verir ki, bu sözləri "Napoli" klubunun baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində "Liverpul"la görüşdən sonra deyib.

O, komandası ilə fəxr etdiyini dilə gətirib: "Bəlkə də, çoxları mərhələni adlayacağımızı və bu məsələni "Liverpul"la səfər matçında qədər həll edəcəyimizi düşünürdü. Müəyyən mənada bəxtimiz də gətirmədi. "Liverpul"un bizi təzyiq altında saxlayacağı bəlli idi. Onlara qələbə lazım idi. Futbolçularım bu təzyiqə tab gətirmək üçün əllərindən gələni etdilər. Qol buraxsaq da, vəziyyəti dəyişmək üçün imkanlarımız oldu. Son dəqiqələrdə mərhələni adlamağa çox yaxın idik. Amma rəqib komandanın qapıçısı - Alisson etibarlı oynadı".

"LİVERPUL" - "NAPOLİ" MATÇININ VİDEO İCMALI

Xatırladaq ki, "Liverpul" - "Napoli" matçı "mersisaydlılar"ın qələbəsi ilə yekunlaşıb - 1:0.