Merih Demiral “Fənərbağça”ya qayıda bilər

“Əl-Əhli” klubunun türkiyəli futbolçusu Merih Demiral karyerasını “Fənərbağça”da davam etdirə bilər.

Sportline.az “Arriyadiyah” saytına istinadən xəbər verir ki, “Fənərbağça” klubunun rəhbərliyi Merih Demiral üçün yanvar ayında “Əl-Əhli”yə rəsmi təklif göndərəcək.

M.Demiralın hazır ki dəyəri “Transfermarkt” portalına görə 16 milyon avrodur.

Qeyd edək ki, 26 yaşlı futbolçunun “Əl-Əhli” ilə müqaviləsi 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub.