Məşhur futbolçu Çindən Argentinaya gedir

“Barselona”nın sabiq futbolçusu Xavyer Maskerano karyerasını vətəni Argentinda davam etdirəcək.

Sportline.az xəbər verir ki, 35 yaşlı oyunçu “Estudiantes” klubu ilə müqavilə bağlayıb. Müqavilənin detalları barədə açıqlama verilmir.

Qeyd edək ki, Maskerano hazırda Çinin “Xebey Çayna Forçun” klubunda oynayır. Onun bu klubla müqaviləsi dekabrda başa çatır. Ona görə də Maskerano “Estudiantes”də azad agent kimi keçəcək.