Məşhur futbolçu karyerasını bitirdi

Məşhur almaniyalı futbolçu Bastian Şvaynştayger karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu haqda soaial şəbəkə vasitəsi ilə məlumat yayıb.

Son iş yeri MLS təmsilçisi “Çikaqo Fayr” olan Bastianın zəngin karyerası ilə öyünə bilər.

Dünyanın ən tanınmış klublarından sayılan, “Bavariya” və “Mançester Yunayted”də forma geyinən Şvaynştayger, 2017-ci ildən MLS-də çıxış edirdi. 

Qeyd edək ki, yaxın keçmişdə bundestimin aparıcı simalarından olan Şvaynştayger, Almaniya millisinin heyətində 121 oyuna çıxıb.