Məşhur futbolçunun Bakıda debütü gözlənilir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya"nın yeni transferi Xavyer Hernandes, komanda ilə məşqlərə qatılıb. 

Sportline.az xəbər verir ki, baş məşqçi Xulen Lopeteginin, La Liqanın IV turunda "Alaves"lə matçda 31 yaşlı hücumçuya şans verəcəyi bəlli deyil. “Çiçarito” ləqəbli meksikalı forvard meydana çıxmayacağı təqdirdə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la matçda debüt edə bilər. 

Qeyd edək ki, "Alaves" - "Sevilya" oyunu sentyabrın 15-də keçiriləcək. “Qarabağ” qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda “Sevilya”ya qarşı keçirəcək.