Məşhur futbolçunun bu hərəkəti gülüşə səbəb oldu

Fransa Liqasının son turunda keçirilən "Monako" - "Amyen" matçında (3:0) maraqlı anlar yaşanıb.

Sportline.az xəbər verir ki, görüşün 81-ci dəqiqəsində “Monako”nun  oyunçu dəyişikliyi zamanı hakim tablosunda 14 nömrəli futbolçunun meydandan çıxmalı olduğu göstərilib.

Timue Bakayoko nömrənin ona aid olduğunu zənn edərək meydançadan çıxmağa cəhd göstərib. Yalnız 4-cü hakimin xəbərdarlığı ilə o, səhvini başa düşərək meydana qayıdıb.

Qeyd edək ki, fransalı yarımmüdafiəçi 2014-2017 illərdə "Monako"da 14 nömrəli formada çıxış edib. Hazırda icarə əsasında Fransa klubunda oynayan 25 yaşlı futbolçu 6 nömrəli formanı geyinir.