Məşhur futbolçuya hücum olundu
İtaliya millisi və "Yuventus"un sabiq futbolçusu Klaudio Markizio silahlı hücuma məruz qalıb.
Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ötən axşam 4 silahlı soyğunçu keçmiş yarımmüdafiəçinin evinə girib.
Cinayətkarlar Markizio və həyat yoldaşını tapança ilə hədələyiblər. Buna görə də futbolçu onlara pul və qiymətli əşyalar vermək məcburiyyətində qalıb.
Markizio soyğunla bağlı polisə məlumat verib, araşdırma aparılır.