Məşhur klub yenidən İtaliya A seriyasında
İtaliyanın məşhur klublarından olan "Parma" yenidən A Seriyasında mübarizə aparacaq.
Sportline.az xəbər verir ki, B Seriyasının sonuncu turunda "Spetsiya"ya 2:0 hesabı ilə qalib gələrək xallarını 72-ə çatdıran parmalılar elitaya vəsiqə qazanıblar.
Qeyd edək ki, "Parma" 2015-ci ildə maliyyə problemləri üzündən D Seriyasına yuvarlanmışdı.