Məşhur məşqçinin qızı vəfat etdi

İspaniya millisi və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrikeyə ağır itki üz verib.

Sportline.az xəbər verir ki, onun 9 yaşlı qızı Ksana dünyasını dəyişib. Enrike bunu şəxsi Tvitter səhifəsində açıqlayıb. O, övladının 5 ay sümük xərçəngindən əziyyət çəkdikdən sonra vəfat etdiyini bildirib.

Enrikenin ailəsində baş verən faciə futbol aləmini də sarsıdıb. Cəmi 1 saat ərzində 150 mindən çox insan Tvitterdə kədərini bildirərək ona dəstək olub. Onların arasında futbolçular çoxluq təşkil edir.

Qeyd edək ki, L. Enrike qızının xəstəliyi səbəbindən ötən ilin yayından çalışdırdığı İspaniya millisindən bu ilin iyun ayında ayrılıb.