Məşhur məşqçinin yeni iş yeri məlum oldu

Rumıniyalı məşhur mütəxəssis Mirça Luçeskunun yeni iş yeri açıqlanıb.

Sportline.az xəbər verir ki, o, İsveçrənin "Sion" klubunu çalışdıracaq.

Bu barədə klubun prezidenti Kristian Konstantin məlumat verib.

O deyib ki, Luçesku yanvarın 2-i müqavilə imzalamaq üçün İsveçrədə olacaq.

Xatırladaq ki, Luçesku son olaraq Türkiyə millisini çalışdırıb.