Məşhur rusiyalı məşqçi sərxoş halda saxlanıldı
Rusiya Premyer Liqasında mübarizə aparan "Yenisey" klubunun baş məşqçisi Dmitri Aleniçev sərxoş halda saxlanılıb.
Sportline.az championat.com saytına istinadən xəbər verir ki, kluba məxsus avtomobili idarə edərkən saxlanılan Aleniçev polisə müqavimət göstərməklə yanaşı, YPX əməkdşlarına hədə-qorxu da gəlib.
Məlumata görə, Krasnoyarskdakı barların birində spirtli içki qəbul edərkən, digər müştəri ilə mübahisəsi yaranan məşqçini, polisə zəng vuran elə həmin müştəri "ələ verib".
Qeyd edək ki, "Yenisey"in baş məşqçisini 30 min rubl məbləğində cərimə və iki il müddətinə sürücülük hüququndan məhrum edilmə cəzası gözləyir.