Məşhur türkiyəli futbolçu karyerasını bitirdi

Türkiyə millisininin keçmiş üzvü Olcan Adın karyerasını başa vurub. 

Sportline.az xəbər verir ki, 34 yaşlı sabiq futbolçu bu barədə sosial media hesabında məlumat verib: “21 illik futbol karyerama nöqtə qoyuram. Həyatımın ən böyük parçasını geridə qoyduğum üçün üzülsəm də, bütün yaşadıqlarım və sizləri tanıdığıma görə şükür edirəm. Mənə hər zaman dəstək olan ailəmə, dostlarıma, mənə güvənən baş məşqçilərə təşəkkür edirəm. 21 il yaşadığım hər şey üçün xoşbəxtəm. Ümid edirəm ki, mən də sizin üçün müsbət xatirələrlə yadda qalacağam”.

Qeyd edək ki, Olcan Adın karyerası ərzində “Fənərbağça”, “Qalatasaray” ,“Antalyaspor”, “Trabzonspor”kimi klublarda çıxış edib.